Azərbaycanın İsrail, Albaniya və Keniyada səfirliklərinin açılması üçün

Azərbaycanın İsrail, Albaniya və Keniyada səfirliklərinin, Fələstində nümayəndəliyin açılması və digər xərclərlə bağlı 2023-cü il dövlət büdcəsindən 15,9 milyon manat vəsatin ayrılması təklif edilir.

Day.Az xəbər verir ki, bunu maliyyə nazirinin müavini Azər Bayramov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin noyabrın 22-də keçirilən iclasında "Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında" qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı deyib.

O qeyd edib ki, bu barədə 2023-cü il dövlət büdcəsinə dəyişiklik təklif olunur. Nazir müavini vurğulayıb ki, dəyişikliklər büdcə qaydalarına uyğundur.