Türkiyədə bina çökdü: Dağıntılar arasında qalan var

Malatyanın Kırçuval rayonunda fevralın 6-da baş verən zəlzələlərdə böyük ziyan görən 4 mərtəbəli bina axşam saatlarında böyük səs-küylə öz-özünə uçub.

Day.Az TRT Haber-ə istinadən  xəbər verir ki, bina uçqunundan əvvəl xırdavat toplamaq üçün binaya daxil olan 4 nəfərdən 3-ünün özlərini dağıntılar altından qurtardığı, 1 nəfərin isə dağıntılar altında qalması xəbəri üzərinə qruplar axtarış-xilasetmə əməliyyatına başlayıb.

Polis, tibb işçiləri və xilasedici qruplar hadisə yerinə sövq edilib.