Toyda biabırçılıq - Nazirlik işə qarışdı

Sosial şəbəkələrdə yayılan video etiraz doğurub.

Day.Az Milli.Az-a istinadən bildirir ki, kadrlarda azyaşlı qızın içki masasında rəqs etdiyi əks olunub. Görüntülər Türkiyənin Kayseri vilayətində toy məclisində lentə alınıb, tiktokda paylaşılıb.

Etiraz doğuran video ilə bağlı müvafiq qurumlar hərəkətə keçib, araşdırmalar nəticəsində məlum olub ki, toyun sahibi keçmiş məhkum olub.

Rəsmi açıqlamada bildirirlir ki, yayılan video ilə bağlı 1 nəfər saxlanılıb.