Bakıda sotu bir milyon manata torpaq sahələri satılır

Bakıda bir sotu 400-500 min, hətta bir milyon manata satılan torpaq sahələri var.

Belə torpaq sahələri elan saytlarında satışa çıxarılıb.

Day.Az xəbər verir ki, mövzu ilə bağlı danışan əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı bildirib ki, sözügedən torpaq sahələrinin baha olmasının əsas səbəblərindən biri sənədlərinin qaydasında olması və mərkəzə yaxın yerləşməsidir.

Ekspert bildirib ki, fantastik qiymətə təklif olunan bu torpaq sahələrinə maraq çox yüksəkdir.
Ətraflı

Qeyd edək ki, Bakıda ən bahalı torpaq sahələri Səbail və Nərimanov rayonlarındadır.

Xəzər TV-nin mövzu ilə bağlı hazırladığı videomaterialı təqdim edir: