Olimpiya mükafatçısına vitse-prezident vəzifəsi həvalə edilib

Almaniya Cüdo Federasiyasında (DJB) maraqlı təyinat olub.

İdman.biz xəbər verir ki, qurumun vitse-prezidenti postuna məşhur keçmiş idmançı Laura Varqas-Kox təyin olunub.

DJB-də yarışların keçirilməsinə 2016-cı il Olimpiadasının bürünc mükafatçısı, 2013-cü il dünyanın vitse-çempionu, Avropa çempionatı və Dünya Turu seriyası mükafatlarının sahibi nəzarət edəcək.

Varqas-Kox idman karyerası ilə yanaşı, doktorluq dissertasiyası yazıb və Bonn Universitetində riyaziyyat professorudur.

34 yaşlı Varqas-Kox indi DJB İdarə Heyətində də çalışacaq.

"Mənə çox şey verən cüdoya öz töhfəmi vermək istəyirəm. Özümü məşqçi kimi görmədiyim üçün bu, mənim üçün çox yaxşı fürsətdir", - deyə o, vəzifəyə motivasiyası barədə fikrini açıqlayıb.