Trinidad və Tobaqo Prezidenti Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

Trinidad və Tobaqo Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı Kristin Karla Kanqalu Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Day.Az AZƏRTAC-a istinadən xəbər verir ki, məktubda deyilir:

"Zati-aliləri.

28 May - Müstəqillik Günü münasibətilə Sizə, Azərbaycan Hökumətinə və xalqına Trinidad və Tobaqo Respublikasının Hökuməti və xalqı adından, şəxsən öz adımdan səmimi salamlarımı və təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.

Zati-aliləri, Sizə şəxsi rifah, Azərbaycan xalqına isə tərəqqi və firavanlıq arzularımı qəbul etməyinizi xahiş edirəm".