İran-Ermənistan dəmir yolunun tikintisinə Rusiya sərmayə yatıracaq?

Day.Az представляет новость на азербайджанском языке

Rusiya İran-Ermənistan dəmir yolunun tikintisində öz iştirak məsələsini nəzərdən keçirməyə hazırdır. 

Report Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Ovik Abramyanın Rusiyanın nəqliyyat naziri, İqtisadi Əməkdaşlıq üzrə Ermənistan-Rusiya Hökumətlərarası Komissiyanın həmsədri Maksim Sokolov ilə Yerevanda keçirilən görüşün yekunları ilə bağlı bəyan edilib. 

İran-Ermənistan dəmir yolunun tikintisi haqqında danışıqlar bir neçə ildir ki, davam edir. Ermənistan layihənin həyata keçirilməsinə başlamaq üçün sərmayəçi axtarır. Layihənin dəyəri 3,5 mlrd. dollar təşkil edir. 

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.