450 Türkiyə vətəndaşı İŞİD-ə qoşulub

Day.Az представляет новость на азербайджанском языке

Ötən il ərzində 450 Türkiyə vətəndaşı İŞİD terror təşkilatına qoşulub.

Trend-in "Habertürk" qəzetinə istinadən verdiyi məlumata görə, İŞİD-ə qoşulanlar Ankara sakinləridir.

Ölkə kəşfiyyatının məlumatına əsasən, İŞİD-ə qoşulanlardan 100 nəfər Suriyada partlayıcı qurğu hazırlamağı öyrənib.

Qəzet yazır ki, İŞİD-ın sıralarında təlim keçmiş Türkiyə vətəndaşları terror aktı törətmək üçün ölkəyə qayıtmaq niyyətindədirlər.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.