Məşhur bacıların milyarder atası bu malikanədə yaşayır

Day.Az представляет новость на азербайджанском языке

Britaniyanın ən məşhur supermodellərindən olan Bella və Cici Hədidlərin atası, fələstinli milyarder Mohamməd Hədid ABŞ-ın Los-Ancelesm şəhərinin Bel Eyr səmtindəki dəbdəbəli malikanəsinin qapılarını "Harper`s Bazaar Arabia" jurnalı üçün açıb.

Milli.Az The Sun-a istinadən bildirir ki, 67 yaşlı milyarder və onun xanımı, Şifa Safai Le Belvederdəki 48 min kvadrat futluq "Le Belvedere" malikanələrindən bəhs ediblər. Malikanənin həyətyanı sahəsi 2,2 hektardır.

Üçmərtəbəli malikanədə 60 yerlik ev kinozalı, 5 min butulkalıq şərab anbarı, türk hamamı, idman və bal zalları var.

Mohamməd Hədid "Hadid Design and Development Group"un sahibidir və o, qlamur, dəbdəbəli dizayn ustasıdır. Dünyanın müxtəlif ölkələrindəki "Ritz-Carlton" otellərinin əksəriyyətinin interyer dizaynı məhz Mohəmməd Hədidə məxsusdur.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.