Fransadan PKK-ya ŞOK

Day.Az представляет новость на азербайджанском языке

Terror təşkilatının televiziya kanalının peyk yayımı kəsilib.

Milli.Az milliyet-ə istinadən xəbər verir ki, fransız peyk şirkəti Eutelsat terror təşkilatı PKK-nın KİV-lərindən olan, Belçikada yerləşən "Med Nuçe" telekanalının yayımını dayandırıb.

Qərara əsasən, kanalın yayımına bu gün Eutelsat tərəfindən xitam verilib.

Xatırladaq ki, Türkiyə əleyhinə verilişlər və terror təşkilatının təbliğ edildiyi televiziya kanalının Avropada fəaliyyət göstərməsi Türkiyənin sərt reaksiyasına səbəb olurdu.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.