Goranboyda quldurluq edən gənclərdən ibarət dəstə zərərsizləşdirilib

Day.Az представляет новость на азербайджанском языке

Goranboyda ev sahibini döyərək onun oğurluq edən şəxslər saxlanılıb.

Day.Az APA-ya istinadən bildirir ki, rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakıdan Goranboya gələrək rayonun Azad kəndində oğurluq edən 3 nəfərdən ibarət dəstə zərərsizləşdirilib. Bildirilib ki, Bakı şəhər sakinləri - 1995-ci il təvəllüdlü Sadiq Bağırov, 1996-cı il təvəllüdlü İlqar Xeyrişli və 1994-cü il təvəllüdlü Rauf Abbasov rayonun Azad kənd sakini Rəhman Qəhrəmanovun evinə girərək, onu ölümcül döyüblər, mənzildən 1600 manat və 3300 manat dəyərində qızıl-zinət əşyaları götürüblər.
 
Hadisədən sonra Bakıya qayıdanda yaxalanıblar. İstintaq zamanı dəstə üzvü Rauf Abbasovun Bakıda yerləşən obyektlərdən birindən 13 kompüter dəsti oğurladığı da müəyyənləşib.
 
Goranboya ilk dəfə gələn dəstə üzvləri Rəhman Qəhrəmanovun evində 10 min manat pul olması barədə məlumatı zərərçəkənin Emin adlı yaxın qohumunun verdiyini açıqlayıblar. Döyülən şəxs isə paytaxtdakı xəstəxanalardan birində müalicə olunur, vəziyyəti ağırdır. 

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.