İranda bir ailənin 5 üzvü dəm qazından ölüb

İranın Bürucerd şəhərində bir ailənin 5 üzvü dəm qazından ölüb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisədə ata, ana və 3 övladı həyatını itirib.

Ailənin ölümünə səbəb vanna otağında sızan qaz olub.
 
Hazırda  hadisənin baş vermə səbəbləri  araşdırılır. 
 
Qeyd edək ki, Bürucerd İranın Lorestan əyalətində yerləşir.