Avtobusda 2 min pul oğurlayan cibgir danışdı

Day.Az представляет новость на азербайджанском языке

ARB TV xəbər verir ki, əvəllər narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirli bilinərək, iki dəfə məhkumluq həyatı yaşayan Sumqayıt şəhər sakini, 36 yaşlı Yaşar Məmmədli həbsdən bu ilin aprel ayında çıxıb. Lakin çəkdiyi cəzadan dərs çıxarmayan şəxs azadlığa çıxdıqdan sonra narkotik maddələri qəbul etməkdə davam edib. Pul çatdıra bilmədikdə isə cibgirliyə başlayıb.

Ömrü-günü həbslərdə keçən Yaşar həbsdən çıxdıqdan sonra 2 dəfə cibgirlik etdiyini bildirsə də onun başqa oğurluq hadisələrində iştirakı da istisna edilmir.

Saxlanılan şəxs: "Masazır qəsəbəsində 35 nömrəli avtobusda 1100 manat pul götürmüşəm. Narkotik istifadə etmişəm. 501 nömrəli avtobusdan isə 950 manat pul götürmüşəm. İki dənə belə fakt olub. Heç özüm də bilmədim, necə oturdum bu narkotikə. Narkotik bədbəxtlikdir. Çalışacam bundan sonra vurmayım. Ömrüm getdi həbsxanalarda".

Abşeron polisi Yaşar Məmmədlinin əməlindən zərərçəkən vətəndaşlardan bu barədə Daxili İşlər Nazirliyinin 102 zəng mərkəzinə məlumat vermələrini xahiş edir.

Faktla bağlı başlanan cinayət işi üzrə araşdırmalar davam edir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin:
Avtobusda 2 min pul oğurlayan cibgir