"Peşmanam ki, məsuliyyətsizlik etmişəm"

Day.Az представляет новость на азербайджанском языке

"Peşmanam ki, məsuliyyətsizlik etmişəm"

Binəqədi rayonunda yaşayan vətəndaşlar avtomobillərinə məxsus akkumulyatorların oğurlanması ilə bağlı Rayon Polis İdarəsinə 8 şikayət ərizəsi ilə müraciət ediblər.

ARB TV xəbər verir ki, dərhal əməliyyat axtarış tədbirlərinə başlayan polis əməkdaşları cinayətlərdə şübhəli bilinən Bakı şəhər sakinləri Nurlan Bağırov və Ramin Qarayevi saxlayıblar.

Onlar dindirilərkən törətdikləri cinayət əməlini etiraf ediblər.

Nurlan Bağırov: "Maşınların üstündən akkumulyator götürürdüm. Gecə yarısı girirdim, "kapot"unu qaldırırdım, götürürdüm üstündən. Aparıb metalloloma verirdim. Satırdım 14-15 manata".

Nurlan Bağırov əməlini etiraf etməklə yanaşı, bu işdə əsas günahkarın məhz özü olduğunu da etiraf edib: "Ramin Qarayev? Onluq deyil. Onu sadəcə aldatmışdım. Binəqədi tərəfdə onun işi var idi. Kiminləsə görüşməli idi. Onu yanımda apardım. Guya mən metallolom işi ilə məşğulam. Yanımda oturmuşdu. Guya mən burada kimdənsə nəsə götürürəm. Onun xəbəri yox idi".

Ramin Qarayev: "Nurlanla çoxdan bir-birimizi tanıyırıq. Getməliydik Qurd Yuvası var Binəqədi rayonunda. Ora bağlı olduğu üçün gedirdik Binəqədi mərkəzə. Elə oldu ki, Nurlan anidən döndü sola, mən tanımırdım oraları. Girdi ora. Gördüm ki, Nurlan akkumulyatorları götürür. Ev yiyəsi çıxdı, başladı qışqırmağa. Peşmanam ki, məsuliyyətsizlik etmişəm".

Araşdırma zamanı həmçinin məlum olub ki, Nurlan və Ramin, paytaxtın Sabunçu rayonu Maştağa qəsəbəsində 5, Xətai rayonunda isə 7 vətəndaşın avtomobilindən eyni üsulla oğurluq ediblər. Onların yaşadıqları evə baxış keçirən polis əməkdaşları oğurlanan akkumulyatorların bir neçəsini aşkar edərək götürüblər.

Qeyd edək ki, Nurlan Bağırov müxtəlif cinayətlərə görə 4, Ramin Qarayev isə 2 dəfə həbsdə olub.

Baş vermiş faktlarla bağlı başlanan cinayət işi üzrə araşdırmalar davam edir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin: