Samuxda oğurluq edən dəstə zərərsizləşdirildi

Day.Az представляет новость на азербайджанском языке

Samuxda oğurluq edən dəstə zərərsizləşdirilib.

Samux sakini dostları ilə birlikdə bibisi qızının evindən oğurluq edib. Dəstəyə başçılıq edən "Pəhləvan" ləqəbli şəxs 4 min manatlıq qızıl əşyaları 400 manata sataraq dostları ilə kef edib. Ancaq Samux polisi onların kefinə soğan doğrayıb. Onlar hadisədən bir gün sonra saxlanılaraq məsuliyyətə cəlb ediliblər.

Milli.Az ARB Kəpəz-ə istinadən xəbər verir ki, Samux rayonunun Çobanabdallı kənd sakini Ceyhun Məmmədovun yaşadığı mənzildə oğurluq hadisəsi baş verib. Səhər saatlarında işə yollanan ev sahibləri geri dönəndə xoşagəlməz mənzərəylə qarşılaşıblar. Zərərçəkənin sözlərinə görə, pəncərəni sındıraraq içəri daxil olan çağırılmamış qonaqlar oradan xeyli miqdarda qızıl zinət əşyaları oğurlayıblar.

Ceyhun Məmmədov - zərərçəkən: "Saat 5-ə qalmış evə gəldik, yoldaşım baxdı, dedi, evə giriblər. Biz də dərhal polisə izahat verdik. Evi dağıtmamışdılar, hər şey səliqəli idi. Bir qızıl komplekt, bir də mənim nişan üzüyümü aparıblar".

Hadisədən sonra Ceyhun Məmmədov rayon polis şöbəsinə ərizə ilə müraciət edərək məlumat verib. Evə baxış keçirən polis əməkdaşları dərhal əməliyyat-axtarış tədbirlərinə başlayıblar. Məlum olub  ki, hadisə ev sahibinin qohumu - Qarabağlar kənd sakini, 22 yaşlı Sahil Hüseynov tərəfindən törədilib. Hüseynova bu işdə həmkəndliləri - "Pəhləvan" ləqəbli 26 yaşlı Mərifət Uğurlu və Səbuhi Qurbanov - yardım ediblər.

Əşrəf Yusifzadə - müstəntiq: "Hüseynov Sahil Ramiz oğlu Uğurluyev Mərifət Zakir oğlu və Qurbanov Səbuhi İsrail oğlu ilə birlikdə qrup təşkil edərək Samux rayonunun Çobanabdallı kəndində Hüseynova Yeganə Nüsrət qızının yaşadığı evə qanunsuz daxil olaraq, xeyli miqdarda qızıl-zinət əşaylarını gizli yolla talayaraq oğurluq ediblər".

Hər üç şəxs dindirilmə zamanı cinayəti planlı şəkildə törətdiklərini və oğurluq yolu ilə əldə etdikləri qızıl zinət əşaylarını Gəncə şəhərində satdıqlarını deyib. Əldə etdikləri pulu isə kef məclisinə xərcləyiblər.

Sahil Hüseynov - saxlanılan şəxs: "Səbuhi ilə Mərfətə dedim ki, belə bir iş var. Qohumumun evində qızıl var. Bunlar da razılaşdılar. Gəldik, səhəri gün bunlar çöldə gözlədilər. Mən içəri girib, götürüb, çıxdım".

Səbuhi Qurbanov - saxlanılan şəxs: "Mən stadionun yanında durdum. Bu keçib, götürüb, çıxdı. Mənə zəng etdi ki, taksiyə otur, gəl. Taksi ilə gedib Gəncədə satdıq. Əynimizə paltar alıb, qalanı ilə də yeyib-içdik".

Mərifət Uğurlu - saxlanılan şəxs: "Mən bu biri küçədə gözlədim. Biri getdi, biri isə digər küçədə gözlədi. Mən dedim ki, kimsə gəlsə, xəbər edəcəm".

İndi hər üç şəxs törətdikləri əməldən peşmandır. Ancaq bu peşmanlıq onları məsuliyyətdən azad etməyəcək. Hazırda dəstə üzvlərinin bu kimi əməllərlə başqa kimlərə ziyan vurduğu araşdırılır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin:
22 yaşlı gənc