Yasa gedən şəxslər ağır qəzaya düşdülər

Day.Az представляет новость на азербайджанском языке

---------
19:30

Ələt-Astara yolunun Masallı rayonunun Alvadı kəndindən keçən hissəsində ağır yol qəzası olub.

Day.Az-ın APA-ya istinadən məlumatına görə, Bakı şəhər sakini, 1965-ci il təvəllüdlü Nazim Əkbər oğlu Həsənov idarə etdiyi "Toyota Prado" markalı avtomobili aşırıb.

Nəticədə avtomobildə olan sərnişinlər - 1968-ci il təvəllüdlü Aidə Həsənova və Afər Əmrahov aldıqları xəsarətdən dünyasını dəyişiblər.

Avtomobilin sürücüsü və digər sərnişin Həsənov Zamiq Rafiq oğlu xəsarətlə Masallı Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Onu da qeyd edək ki, avtomobildəki şəxslər Bakıdan Lənkərana yas mərasimində iştirak etmək üçün gediblər. Hadisə onlar yas mərasimindən qayıdan zaman baş verib.

---------
19:04

Bakı - Astara yolunun Masallı rayonunun Alvadı kəndi ərazisində ağır yol qəzası baş verib.

Yenicag.az-ın əldə etdiyi məlumata görə, yüksək sürətlə hərəkət edən "Prado" markalı avtomobilin sürücüsü idarəetməni itirib və nəticədə maşın aşıb.

Qəza nəticəsində bir nəfər hadisə yerində həlak olub. Üç nəfərin isə vəziyyətinin ağır olduğu bildirilir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.