Camalzadə bu videoya görə əxlaqsız adlandırıldı

Day.Az представляет новость на азербайджанском языке

Kanadada yaşayan Əfqanıstan doğumlu müğənni Mozdah Camalzadə paylaşdığı videoya görə peşman olub.

Day.Az axşam.az-a istinadən bildirir ki, müsəlman ifaçının səsyazma studiyasında çəkdiyi videoda arxada yayımlanan görüntülər izləyicilərin gözündən qaçmayıb.

Belə ki, hovuzda bir qız və bir oğlanın öpüşmə səhnəsini görənlər sənətçi barəsində təhqiramiz fikirlər söyləyiblər.

Pornoqrafik film izlədiyini düşünənlər Camalzadəni tərbiyəsiz, əxlaqsız adlandırıblar. İzləyicilərdən bir neçəsi isə Mozdaha "Cəhənnəmdə yanmalısan" kimi şərhlər yazıblar.

Bundan sonra açıqlama vermək məcburiyyətində qalan sənətçi görüntülərdəkinin pornoqrafik film deyil, sadəcə qorxu filmindən bir fraqment olduğunu bildirib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin:
Camalzadə bu videoya görə əxlaqsız adlandırıldı