Toyda faciə: 20 yaşlı gənci yarımcan etdilər

Day.Az представляет новость на азербайджанском языке.

Azərbaycanın Şəmkir rayonunda bıçaqlanma faktı qeydə alınıb.

Şəmkir rayonunda keçirilən toy məclislərinin birində qanlı olay baş verib. Hadisə şəhərin Nizami Gəncəvi küçəsində fəaliyyət göstərən şadlıq sarayalarının birində qeydə alınıb.

Kəpəz TV (Region TV) xəbər verir ki, toy məclisində birgə yeyib-içən həmyerlilər sərxoş olduqdan sonra yersiz mübahisəyə başlayıblar. Uzun sürən mübahisə rayon sakini 20 yaşlı Ağaxan Abdullayevin çoxsaylı bıçaq xəsarətləri alması ilə yekunlaşıb. Yaralı dərhal Şəmkir Mərkəzi Rayon Xəstəxanasına çatdırlıb. Onun vəziyyəti orta ağır kimi qiymətləndirilir. 

APA xəbər verir ki, Ağaxan Abdulayevlə mübahisə edən 1987-ci il təvəllüdlü Ramin Adıgözəlov olub. Mübahisə nəticəsində Adıgözəlov A.Abdullayevi bıçaqlayıb. 

Xəstəxananın şöbə müdiri Zahid Quliyev deyib ki, yaralının müayinəsi zamanı məlum olub ki, xəstənin üzərində iki bıçaq yarsı var və hər iki yara daxilə nüfuz edib.

Xəstə dərhal əməliyyat olunub. Lazımi yardımlar göstərilib. Hal-hazırda vəziyyəti keçirdiyi əməliyyata uyğundur. 

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.