Məşhur döyüşçü Yaşar Məhərrəmov vəfat etdi

Məşhur döyüşçü, Qarabağ qazisi Yaşar Məhərrəmov yanvarın 21-də axşam saatlarında dünyasını dəyişib. Bu barədə musavat.com-a mərhum qazinin yaxınları  məlumat verib.  

Milli.Az musavat.com-a istinadən bildirir ki, Y. Məhərrəmov birinci Qarabağ savaşında şücaət göstərən döyüşçülərdən olub, bir sıra mühüm əməliyyatlara rəhbərlik edib. O, Şuşa Veteranlar Cəmiyyətinin sədri idi. Mərhum 3 uşaq atası idi.

Allah rəhmət eləsin!