Gəndob-Yalama yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib Day.Az представляет новость на азербайджанском языке.

Milli.Az Regional TV-yə istinadən xəbər verir ki, Gəndob-Yalama yolunun Xaçmaz rayonu ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. Belə ki, Xaçmaz şəhər sakini 1980-ci il təvəllüdlü Əlövsət Ağaəli oğlu Lətifov idarə etdiyi 90 RE 319 dövlət nömrə nişanlı, "Mercedes" markalı avtomobillə Yalama istiqamətində hərəkətdə
olarkən idarəetməni itirərək yoldan çıxıb və ağaca çırpılıb.

Nəticədə Əlövsət Lətifov hadisə yerində həyatını itirib. Onun sərnişini 1983-cü il təvəllüdlü İsmayıl Bayram oğlu Zeynallı isə ağır bədən xəsarətləri ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Tibb müəssisəsindən RTV-yə verilən məlumata görə, yaralının vəziyyəti ağır olduğundan o, ilkin tibbi yardım göstərildikdən sonra paytaxtda yerləşən
xəstəxanalardan birinə aparılıb.

Qəzaya uğrayan avtomobil İsmayıl Zeynallıya məxsusdur. Hadisənin yüksək sürət səbəbindən baş verdiyi ehtimal olunur.

Faktla bağlı araşdırma aparılır.