Bakı yaxınlığında ağır qəza

Day.Az представляет новость на азербайджанском языке.

Bakı-Şamaxı yolunun 40-cı kilometrliyində yol-nəqliyyat hadisəsi baş verib.
 

Milli.Az axar.az-a istinadən bildirir ki, Bakı istiqamətində hərəkət edən "Kia Fono" markalı avtomobilin sürücüsü qəflətən idarəetməni itirib və maşın çevrilərək arxası üstə yolun ortasına düşüb. Hadisə nəticəsində sürücü yüngül xəsarət alıb və müayinə olunmaq üçün xəstəxanaya qaldırılıb.
 

Qəza şossedə tıxaca səbəb olsa da, hadisə yerinə gələn Dövlət Yol Polisi əməkdaşları avtomobillərin hərəkətini qısa müddətdə tənzimləyiblər. Avtomobilin dövlət nömrə nişanı dərhal açılıb və polis araşdırmalara başlayıb.