Yaşadığı evin həyətində ilan sancdı

Day.Az представляет новость на азербайджанском языке:

Göygöl rayonunda ilan sancması baş verib.
 

APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Çaylı kənd sakini, 1988-ci il təvəllüdlü Pərviz Rəhimovu ilan yaşadığı evin həyətyanı sahəsində ayağından sancıb.
  

O, Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib.
 

Vəziyyətinin orta ağır olduğu bildirilir.