Vulkan püskürən ərazidə çatların dərinliyi 80 metrə çatdı

Day.Az представляет новость на азербайджанском языке

---------
16:53

Qaradağda baş verən vulkan püskürməsi nəticəsində bəzi yerlərdə çatlar 80 metr dərinliyə çatıb. 

Milli.Az bildirir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğu"nun direktoru Ceyhun Paşayev Otman-Bozdağ palçıq vulkanı püskürmüş ərazidəki son vəziyyətlə bağlı bildirib. 

Onun sözlərinə görə, ərazidə xeyli çatlar əmələ gəlib: 

"Bəzi yerlərdə çatlar 80 metr dərinliyə çatıb. Çatların əmələ gəldiyi ərazi 5 hektarı əhatə edir". 

Nazirlik rəsmisi qeyd edib ki, son dayanacaq nöqtəsindən Ümid qəsəbəsinə olan məsafə 2 kilometrdir: 

"Heç bir təhlükə yoxdur".

---------
12:32

Otman-Bozdağ palçıq vulkanında püskürmə baş verib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğu"nun direktoru Ceyhun PaşayevinMilli.Az-a verdiyi məlumata görə 23 sentyabr 2018-ci il tarixində saat 08:53 radələrində Bakı şəhəri Qaradağ rayonu ərazisində yerləşən, "Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğu"na daxil olan Otman-Bozdağ palçıq vulkanında püskürmə baş verib. 

İkinci püskürmə saat 09:58 radələrində qeydə alınıb. Hazırda püskürmə prosesi davam edir. Alovun hündürlüyü 200-300 metrdir. Ərazidə çoxlu sayda dərinliyi 40 metrə çatan çatlar yaranıb.

Xatırdaq ki, dünyanın ikinci böyük palçıq vulkanı olan Otman-Bozdağ vulkanında son püskürmə 2017-ci il fevral ayının 6-da baş verib.

---------
12:10

Səhər saatlarında Azərbaycanda vulkan püskürməsi qeydə alınıb.

Milli.Az xəbər verir ki, püskürmə Abşeronda qeydə alınmış palçıq vulkanlardan birində qeydə alınıb.

Videonu izləmək üçün şəklə klikləyin:
Azərbaycanda vulkan püskürdü

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.