Tovuzda bir əsrdən artıq yaşı olan bazar: Dan yeri söküləndə hamı bu bazara yığışır

Day.Az представляет новость на азербайджанском языке

Tovuzda bir əsrdən artıq yaşı olan bazar var. Buranın başqa bazarlardan fərqisəhər tezdən fəaliyyətə başlayaraq cəmi3-4 saat işləməsidir. Elə buna görə də "sərçə bazarı" adlandırılır. Bu bazarı almanlar qurduğu üçün yerli sakinlər uzun illər almansayağı dəqiqliklə qorunan bəzi adətlərə hələ dəsadiq qalırlar.

Dan yeri söküləndə hamı bu bazara yığışır. 2-3 saat ərzində isə ticarət məkanının fəliyyəti bitir.

Söhbət Tovuzda yerləşən "Sərçə Bazarı"ndan gedir. Rayonda yaşayan Almanlardan yadigar qalan bu bazarın 1 əsrdən artıq yaşı var. 30 yaxın satıcı hər gün səhər tezdən küçədə yerləşən bazara gələrək müxtəlif ərzaq məhsulları satır. Bazar səhər saat 6-dan 10-a kimi işləyir.

Hərə öz təsərrüfatından gətirdiyi məhsulları səhər tezdən yolun kənarına düzərək müştəri gözləyir. Alıcıları bu bazara cəlb edən isə məhsulların təzə və yerli olmasıdır.

Yerli sakinlər uzun illər almansayağı dəqiqliklə qorunan bəzi adətlərə hələ dəsadiq qalırlar. Qiymətlər də mərkəzi bazara nisbətən aşağıdır. Məhsullar isə alıcıların tələbinə uyğun olaraq dəyişir.

Bu bazardan ilhamlanan sakinlər ətraf kəndlərdə də belə ticarət məkanları formalaşdırırlar.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin:
Tovuzda bir əsrdən artıq yaşı olan bazar