Dünyanın ən bahalı boşanması

Day.Az представляет новость на азербайджанском языке

"Amazon" şirkətinin sahibi Ceff Bezos həyat yoldaşı Makenzi Bezosla boşanır.

Day.Az ölkə.az-a istinadən bildirir ki, bu gün boşanma müqaviləsinin detalları üzə çıxıb. Məlum olub ki, Makenzi 35 milyard dollara boşanacaq. Qadın Cefin 25 il əvvəl qurduğu şirkətin 4 faizlik hissəsinə sahib olmağa davam edəcək.

Sözügedən boşanma müqaviləsi rekord sayılır. Bezosa qədər ən bahalı boşanma kolleksiyaçı Alek Vildenştaynın keçmiş həyat yoldaşına ödədiyi 3.8 milyard dollarlıq boşanma prosesi olub.

Makenzi isə Tvitter səhifəsində boşanma barədə məlumat verib:

"Boşanma prosesinin Ceff ilə qarşılıqlı bir-birimizə dəstək olaraq başa çatmasından məmnunuq".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.