https://news.day.az/azerinews/1469710.html
Bakıda F1 pilotlarının ikinci məşq sessiyasına start verildi
2022-ci il Formula 1 Azərbaycan Qran-Prisi çərçivəsində F1 pilotlarının ikinci məşq sessiyasına start verilib. Day.Az Trend-ə istinadən bildirir ki, məşq sessiyası 18:00-19:00 saatları ərzində davam edəcək. Bu gün F1 pilotlarının 1-ci məşq sessiyası 15:00-16:00-da baş tutub. Qeyd edək ki, Bakı trekinin uzunluğu 6 kilometrdir.
Bakıda F1 pilotlarının ikinci məşq sessiyasına start verildi

2022-ci il Formula 1 Azərbaycan Qran-Prisi çərçivəsində F1 pilotlarının ikinci məşq sessiyasına start verilib.
Day.Az Trend-ə istinadən bildirir ki, məşq sessiyası 18:00-19:00 saatları ərzində davam edəcək.
Bu gün F1 pilotlarının 1-ci məşq sessiyası 15:00-16:00-da baş tutub.
Qeyd edək ki, Bakı trekinin uzunluğu 6 kilometrdir. Trekdə 3 yüksəksürətli hissə, 20 döngə var, maksimal sürət isə 360 km/s təşkil edir. Yarışlarda 10 komanda iştirak edir. Formula 1 Azərbaycan Qran-Prisini canlı izləmək üçün 9 tribunada 16700 oturacaq quraşdırılıb.
Bu gün start götürən Formula 1 Azərbaycan Qran-Prisi iyunun 12-dək davam edəcək.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре