Ermənistanda yeni şou:

Müəllif: Elçin Alıoğlu

Mənbə: Trend

Ermənistanda baş nazir Nikol Paşinyana qarşı çıxan və onu devirməyə çağıran qüvvələr arasında Kilsə xüsusi yer tutmağa başlayıb. 32 ildən bəri erməni işğalında olan, Ermənistanın Tavuş (Tovuzqala) rayonunda yerləşən 4 kəndin - Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı - azad edilərək Azərbaycana təşvil verilməsi prosesmi başlanan ilk gündən bəri yollara çıxaraq aksiyalar keçirən bir qrup erməni indi İrəvana doğru hərəkət edir.

Onlar mayın 9-da Ermənistanın paytaxtına çatmağı, şəhərdə genişmiqyaslı, kütləvi etiraz aksiyaları və yürüşlər keçirməyi planlaşdırırlar.

Məqsəd Nikol Paşinyan hakimiyyətinnə son qoymaq, Azərbaycanla Ermənistan arasında şərti dövlət sərhədinin delimitasiyası və demarkasiyası prosesini dayandırmaqdır.

Aksiyaların kənardan idarə olunması artıq şübhə doğurmur. N.Paşinyanın hakimiyyətə gəldiyi 2018-ci ildən bəri ilk dəfədir ki, xarici ölkələrdəki erməni icmalarının diaspor təşkilatları, Ermənistandakı "qarabağlılar klanı" və Erməni kilsəsi bir araya gəliblər, eyni düşərgədə birləşiblər.

Tavuş (Tovuzqala) rayonunda başlayan aksiyalara "mənəvi rəhbərlik" etdiyini deyən, Erməni Apostol Kilsəsinin (EAK) Tavuş yeparxiyasının yepiskopu Baqrat Qalstanyan dünənədək "tək keşiş" idisə, indi ona EAK-ın Şirak yeparxiyasının arxiyepiskopu Mikael Acapanyan da qoşulub.

Onların dediklərinə görə, "aksiyalara mənəvi rəhbərliklə bağlı Eçmiədzindən xeyir-dua alıblar". Yəni B.Qalstanyanla M.Acapanyan açıq etiraf ediblər ki, Erməni Apostol Kilsəsi baş nazir N.Paşinyanı devirmək üçün siyasi fəaliyyətə başlayıb.

Bu isə o deməkdir ki, Ermənistanın sabiq prezidentləri Robert Köçəryan və Serj Sarqsyan dueti erməni diasporu ilə anlaşaraq Erməni Apostol Kilsəsinin birbaşa iştirakı ilə genişmiqyaslı prosesə başlamaq istəyirlər.

Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması prosesinə qarşı çıxan və buna bütün vasitələrlə mane olmağa çalışan, sürətlə silahlanmanı və yeni müharibəni tələb edən, "Qarabağı və başqa əraziləri qaytaracağıq, geri alacağıq" deyən, cəmiyyətdə mağara səviyyəli qisasçılığı, revanşizmi, saxta "tarix"ə əsaslanan illüziyaları, ərazi iddialarını və dini-etnik zəmində dözülməzliyi təbliğ edən bu qüvvələrin bəyanatları bravurdur.

Onların dediklərinə görə, N.Paşinyanın hakimiyyətdən kənarlaşdırılmasına "çox qalmayıb".

Robert Köçəryan və Serj Sarksyanın rəhbərlik etdikləri "qarabağlılar klanı" ilə yanaşı, erməni diasporu da Ermənistanda hakimiyyət dəyişikliyinin labüd olduğunu, yürüşün də bu prosesi qaçılmaz etdiyini bəyan ediblər.

Halbuki Ermənistanda indi yaşananlar primitiv ssenarili, zövqsüz və bəsit siyasi tamaşadır.

İlk dəfə 2018-ci ildə Nikol Paşinyanı rəhbərliyi, xaricdəki rejissorların hazırladıqları ssenari əsasında Ermənistanda səhnələşdirilən və "Əyalətdən İrəvana yürüş" adlanan tamaşa uğur qazanmışdı. Məhz belə "küçə etirazları" nəticəsində o dönəmdəki ölkə rəhbəri Serj Sarqsyan hakimiyyətdən kənarlaşdırılmış, "İm Kayle" "(Mənim addımım") hərəkatı iqtidara yiyələnmişdi.

Daha sonra bu tamaşanı Paşinyanın əleyhdarları dəfələrlə təkrarlasalar da, "Kaylarast Nikol"un uğurunu təkrarlaya bilməmişdilər. Tam əksinə, 2018-ci ilin aprelin 23-dən bəri dağınıq formatda olan erməni müxalifətinin istisnasız olaraq bütün aksiyaları vəd edilmiş uğurdan məhrumdu.

Qərbin, Rusiyanın və İranın dəstəklədiyi, maliyyələşdirdiyi və idarə etdiyi müxalifət qruplaşmaları hər dəfə yeni potensialla mübarizəyə başlayacaqlarını vəd etsələr də, heç bir yenilik yoxdu: eyni şüarlar, nimdaş çağırışlar, kif atmış bəyanatlar, ümidsiz perspektivlər.

Erməni Apostol Kilsəsinin, "qarabağlılar klanı"nın və disporun birlikdə təşkil etdikləri yürüşün nə dərəxədə effektiv olduğunu etğirazçıların İrəvana çatarkən onlara qoşulan ermənilərin sayı göstərəcək.

Hazırda Ermənistan mediası, xüsusilə də R.Köçəryan-S.Sarksyan duetinin nəzarətindəki kütləvi informasiya vasitələri ilə bloqerlər yürüş edənlərin sayını göstərmirlər.

Səbəb məlumdur: Ermənistandakı mövcud şəraitdə iş yerini bir həftəlik tərk edərək İrəvana yürüşə qatılanların sayı çox ola bilərmi?

Çətin.

4 kəndin Azərbaycana təhvil verilməsinə, şərti dövlət sərhədininr delimitasiya və demarkasiya prosesinə etiraz edənlərin sayının 300-400 nəfəri keçmədiyini nəzərə alsaq, onların hətta Ermənistan kimi kiçik ölkədə hansısa siyasi məqsədə nail ola biləcəkləri şübhə doğurur.

Lakin onlar İrəvana çatanda R.Köçəryan, S.Sarksyan, daşnaklar, Rusiyanın nəzarətində olan müxalifət qrupları və s. mütləq şəkildə tərəfdarlarını küçələrə çıxardaraq etiraz aksiyasında "erməni xalqının əksəriyyətinin iştirak etdiyini" göstərməyə çalışacaqlar.

Revanşistlərin və Erməni Apostol Kilsəsinin birgə məhsulu olacaq həmin tamaşa da ironiya doğuracaq, çünki külli miqdarda maliyyə resursunun sərf edildiyi aksiyanın effektivliyi miniumm olduğundan nəticəsi də bəri başdan asanlıqla təxminlənəndir.

Mövcud vəziyyət aydın göstərir ki, yürüşün bilavasitə rəhbərləri və iştirakçıları sadəcə, Nikol Paşinyan hakimiyyətinə qarşı növbəği etiraz aksiyası üçün ayrılmış maliyyəni mənasız sərf etmədiklərini nümayiş etdirməyə çalışırlar.

Onların bəyanatlarının tam əksinə olaraq, bu primitiv aksiyanı Ermənistan vətəndaşlarının əhəmiyyətli hissəsi dəstəkləmir. Belə olardısa, hələ aprelin 19-da yolları bağlayanların sayı on minlərlə nəfər olardı.

Halbuki indiki aksiyalar Ermənistanın müxtəlif yerlərində keçirilsə də, kameralar qarşısına çıxaraq "patetik" çıxışlar edənlər eyni fiqurlardır.

Erməni Apostol Kilsəsi, "qarabağlılar klanı" və diaspor birləşərək Paşinyan hakimiyyəti nə qarşı sonadək müqavimət göstərmək niyyətindədir.

Beləcə, Ermənistandakı proseslər əslində uydurma keçmişlə real müasirlik, xülyalar və yalanlarla gerçəklik və perspektivlər arasındakı mübarizə, ekzistensial qarşıdurmadır.

Revanşistlərin və erməni diasporunun bütün bağırtılarına, şüarlarına, isterik bəyanatlarına rəğmən, yeni hərbi əməliyyatlar mümkün deyil.

30 il əvvəl ermənilər "qarabağlı ermənilərin silahlı mübarizəsi" adı ilə Azərbaycan ərazilərinin 20 faizini işğal etməyə nail olmuşdular. İndisə qarabağlı ermənilərin total əksəriyyəti könüllü şəkildə Azərbaycanı tərk edərək Ermənistana yollanıblar. "Dağlıq Qarabağ" da artıq olmadığından, ermənilərin istənilən formadakı hərbi aktivliyi Ermənistanın Azərbaycana qarşı hücumu kimi qəbul ediləcək.

Elə olarsa, kvazidövlət Ermənistanın taleyinin hansı istiqamətə yönələcəyini təxminləmək asan məsələdir.

Erməni Apostol Kilsəsi son iki əsrdə dəfələrlə olduğu kimi, bu dəfə də erməniləri fəlakətə sürükləmək istəyir. 1915-ci ildə Osmanlı Türkiyəsindəki erməniləri vətənə və dövlətə xəyanətə, əldə silah türk kəndlərinə hücumlar edərək qırğınlar törətməyə sövq edən erməni keşişlər sonradan general Andranik Ozanyanın, qəssab Drastamat Kanayanın, nasist Qaregin Njdenin "qəhrəman"laşdırdı, sonda da qarabağlı ermənilərin separatizminə start verdi.

Xatırladaq ki, 1988-ci ilin fevralın 25-də məhz həmin dönəmdə bütün ermənilərin katolikosu 1-ci Vazgen SSRİ-nin rəhbəri Mixail Qorbaçova məktub yazaraq "Dağlıq Qarabağın Ermənistana birləşdirilməsini" tələb etmişdi.

Nikol Paşinyanın hakimiyyətə gəlməsindən sonra erməni cəmiyyətində sürəkli olaraq yeni müharibə istəyini alovlandıran, Azərbaycan ərazilərinin daha bir qisminin işğalına çağıran erməni katolikoslar və keşişlər heç vaxt normal düşüncə, adekvat məntiq sahibi olmayıblar.

Onlar indi də genişmiqyaslı aksiyalar istəyirlər.

Ən böyük arzuları isə İrəvanda yürüş keçirərək parlament binasına girməkdir.

Amma Nikol Paşinyan da onları qarşılamağa hazırdır.

Qarhıda erməni klounadasının yeni səhnəcikləri var...