Braziliya iqlim prosesində danışıqlardan praktiki həllərə keçmək niyyətindədir – Səfir
Braziliya iqlim prosesini danışıqlar formatından konkret fəaliyyət formatına çevirmək niyyətindədir və burada həmrəyliyə, innovativ idarəetməyə və ənənəvi təcrübələrin inteqrasiyasına xüsusi diqqət yetiriləcək.
Day.Az xəbər verir ki, bunu Braziliyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Manuel Monteneqro Bakıda keçirilən İqlim Fəaliyyəti Həftəsində çıxışı zamanı bildirib.
"Braziliya COP30-da əməkdaşlıq mühitini təşviq edəcək, çoxtərəfliliyin möhkəmləndirilməsinin vacibliyini və iqlim fəaliyyətlərinin insanların həyatı ilə əlaqəsini vurğulayacaq", - deyə səfir bildirib.
Onun sözlərinə görə, əsas vəzifələr Paris sazişinin icrasının sürətləndirilməsi, iqlim dəyişikliyinin nəticələrinin yumşaldılması, adaptasiya və maliyyələşdirmə sahələrində fəaliyyətlərin gücləndirilməsi olacaq.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре