https://news.day.az/azerinews/1787462.html Braziliya millisinin üzvü "Qalatasaray"ın hədəfində PSJ-nin müdafiəçisi Lukas Beraldo karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər. Day.Az Türkiyə KİV-nə istinadən xəbər verir ki, "Qalatasaray" braziliyalı futbolçunu transfer etmək istəyir.

Braziliya millisinin üzvü "Qalatasaray"ın hədəfində

Azərbaycanca, 11 октября 2025 16:49 (UTC +04:00) 345
Braziliya millisinin üzvü "Qalatasaray"ın hədəfində

PSJ-nin müdafiəçisi Lukas Beraldo karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.

Day.Az Türkiyə KİV-nə istinadən xəbər verir ki, "Qalatasaray" braziliyalı futbolçunu transfer etmək istəyir.

 

İstanbul nəhəngi Beraldonu yanvar ayında heyətinə qatmağa çalışacaq. "Sarı-qırmızılar"ın planı 21 yaşlı mərkəz müdafiəçisini satınalma bəndi ilə icarəyə götürməkdir.

Qeyd edək ki, PSJ Lukas Beraldonu 2024-cü ilin yanvar ayında "San Paulo"dan transfer edib. Braziliya millisinin üzvü bu mövsüm Paris təmsilçisinin heyətində meydana çıxdığı 10 rəsmi matçda 1 qol vurub.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости