Britaniya İŞİD-ə ilk bombasını atdı

Day.Az представляет новость на азербайджанском языке

Böyük Britaniya aviasiyası ilk dəfə İŞİD mövqelərinə zərbələr endirib.

Modern.az Qərb KİV-nə istinadən xəbər verir ki, RAF qırıcıları Suriya ərazisində terror qruplaşmasının üzərinə bomba yağdırıb. Baş nazir Devid Kemeronun mətbuat xidmətinin rəhbəri xəbəri təsdiqləyib və Britaniya aviasiyasının yüksək dəqiqliyə malik yer-göy təyinatlı "Brimstone" raketlərindən istifadə etdiyini bildirib.

Bundan öncə Böyük Britaniyanın müdafiə naziri Maykl Fellon Suriyada İŞİD mövqelərinə intensiv zərbələr endirmək planı barədə danışmışdı.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.