Bakı Metropolitenindən sərnişinlərə ŞAD XƏBƏR

Day.Az представляет новость на азербайджанском языке

Bakı Metropoliteninin "Cəfər Cabbarlı" stansiyasının birinci yolu təmir-bərpa işlərindən sonra bu gün istifadəyə verilib. Bu barədə Trend-ə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.

Onun sözlərinə görə, yol bu gün səhər saatlarından istifadəyə verilib.

Xatırladaq ki, "Cəfər Cabbarlı" stansiyasının birinci yolu təmir-bərpa işləri ilə əlaqədar dekabrın 7-də iki həftəlik bağlanmışdı. Təmir işləri bir həftə ərzində yekunlaşdığından yol bu gün istifadəyə verilib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.