Türkiyəli biznesmen Bakıdakı evində ölü tapıldı

Day.Az представляет новость на азербайджанском языке

Bakıda Türkiyə vətəndaşı evində ölü tapılıb.

Day.Az APA-ya istinadən xəbər verir ki, Nəsimi rayonu, Əzizbəyov küçəsi 195 ünvanında yaşayan Türkiyə vətəndaşı, 1958-ci il təvəllüdlü Musa Kazım Siliz yaşadığı evdə xəstəlikdən ölüb. Onun meyiti yaxınları tərəfindən aşkar edilib.
 
Musa Kazım Siliz Bakıda bizneslə məşğul olub. 

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.