Bakıda "Jiquli" "Mercedes"lə toqquşdu, ölən var Day.Az представляет новость на азербайджанском языке.

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib. Hadisə şahidlərinin Anspress-ə verdikləri məlumata görə, hadisə saat 17-radələrində Xəzər rayonu, Qala qəsəbəsində baş verib. Qala yolu kimi tanınan ərazidə iki maşın - "VAZ 21011" və "Mercedes C klass" markalı maşınlar toqquşub.

Qəza nəticəsində "Jiquli"nin sərnişinlərindən olan yaşlı kişi ölüb. Avtomobildə olan daha iki sərnişin isə yaralanıb.
İlkin ehtimala görə, qəzaya səbəb "Mercedes" markalı maşının digər avtomobilin yoluna çıxması olub. Hadisə ilə bağlı araşdırma aparılır.