7 kiloqram narkotiklə yaxalandı

Day.Az представляет новость на азербайджанском языке:

Şəmkirdə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs tutulub.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Şəmkir Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Zəyəm Cırdaxan kənd sakini əvvəllər məhkum olunmuş Suliddin Cəfərovdan 7 kiloqram 355 qram marixuana götürülüb.