Aztəminatlı ailələrə 4 min manat veriləcək - VİDEO

Day.Az представляет новость на азербайджанском языке
68 rayonda yaşayan aztəminatlı ailələr öz bizneslərini qura biləcək
Prezident İlham Əliyevin əhalinin özünüməşğulluğuna köməyin göstərilməsi məqsədi ilə imzaladığı sərəncamın detalları açıqlanıb. Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun sözlərinə görə, bu məqsədlə Prezidentin Ehtiyyat Fondundan ayrilan 6 milyon manat 1400-ə yaxın aztəminatlı ailəyə biznes qurmaq imkanı verəcək.
68 rayonda yaşayan aztəminatlı ailələr öz bizneslərini qura biləcək. Prezident İlham Əliyevi ehtiyyat fondundan məhz bu məqsədlə 6 mln. manat ayrılıb.
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bildirib ki, hər rayondan təqribən 20 ailə seçiləcək və bu ailələrin hər birinə 4 000 manat həcmində vəsait ayrırılması nəzərdə tutulur.
Seçim aparılarkən ünvanlı sosial yardım alan ailələrə üstünlük veriləcək. Xüsusi ilə də o ailələr seçiləcək ki, burada ən azı iki nəfər əmək qabiliyyətli insan olsun. Bununla bərabər layihənin icrasında onlara verilən təsərrüfat əşyalarının, mal-qaranın və sairənin sığortalanması da təmin ediləcək. Hazırda 120 min ailə ünvanlı sosial yardım alır ki, onların da 45 faizində valideynlərdən biri yoxdur, bu ailələr layihəyə cəlb ediləməyəcək və yardım almaqda davam edəcəklər.
"Xəzər Xəbər" mövzu ilə bağlı videomaterialı təqdim edir:
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре