Bakıda ağır qəza: yaralılar var

Day.Az представляет новость на азербайджанском языке

Bakıda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. 

Lent.az-ın məlumatına görə, Binəqədi rayonu Rəsulzadə qəsəbəsində "Hyundai" və "Daevoo Nexia" markalı iki minik avtomobili toqquşub. Nəticədə 24 və 35 yaşlı iki kişi müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı Binəqədi rayon Polis İdarəsində araşdırma aparılır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.