Şok kadrlar: ruh qadını qorxutdu

Day.Az представляет новость на азербайджанском языке

Paranormal hadisələrin olub-olmaması ilə bağlı mübahisələr səngimir və çətin ki, çözümünü tapsın. "Ruhlar varmı?" sualına cavab arayanlar az deyil. Keti Enn Roundda ruhlara inanmırdı.

Ötən həftəyədək. Çünki o, hələ də şokdadır və ruhların olduğuna artıq inanır.

Milli.Az The Sun-a istinadən bildirir ki, İngiltərənin Qərbi Midlends qraflığındakı Qornel şəhərində yaşayan, buradakı "Chapel House" barında çalışan Keti axşam saatlarında barda təmizlik işləri aparırdı.

Təbii ki, videomüşahidə kameraları da işləyirdilər.

Kameralardan biri mətbəxdə idi.

Keti Enn mətbəxin döşəməsini silmişdi və bar əməkdaşlarının ayaqlarının sürüşməməsi üçün döşəməyə "Bura silinib" yazılmış plastik nişan qoymuşdu.

Keti mətbəxdən çıxandan sonra həmin plastik nişan hərəkətə gəlib.

Qadın mətbəxə qayıdanda nişanın aşdığını görür və şəriki Ben Parksı çağıraraq "Bir qədər ehtiyatlı ol, nişanı aşırıbsan!" deyir.

Ben mətbəxə girəndə isə döşəməsiləni, sanki, kimsə götürüb zərblə yerə çırpır.

Ben və Keti vahimə içində mətbəxdən qaçıblar.

Olayı polis araşdırır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin:
Şok kadrlar: ruh qadını qorxutdu