İstanbulda "azərbaycanlıların məscidi"nin ətrafına zirehli texnika göndərilib

Day.Az представляет новость на азербайджанском языке.

İstanbulun Halkalı rayonunda əsasən azərbaycanlıların toplaşdığı "Zeynəbiyyə" məscidində təhlükəsizlik tədbirləri gücləndirilib.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, hazırda məscidə girişlər Türkiyənin xüsusi təyinatlı polisləri və zirehli avtomobillər vasitəsilə mühafizə olunur. 
Qeyd edək ki, məscid Türkiyədə "azərbaycanlıların məscidi" kimi tanınır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.