Şahin Mustafayev: "Ermənistan hər zaman iqtisadi və siyasi əməkdaşlıqdan kənar qalacaq"

Day.Az представляет новость на азербайджанском языке

"Azərbaycan torpaqları işğal altında qaldığı müddətdə Ermənistan regional iqtisadi əməkdaşlıqdan kənar qalacaq".

Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu Türkiyə-Azərbaycan-Gürcüstan formatında keçirilən beşinci biznes-forum zamanı Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev deyib.

Nazir bildirib ki, regionda sabitliyi pozan, işğalçı siyasət həyata keçirən və qonşu ölkələrə qarşı torpaq iddiaları olan Ermənistan hər zaman iqtisadi və siyasi əməkdaşlıqdan kənar qalacaq.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.