Tanınmış azərbaycanlı teleaparıcı ağır avtomobil qəzası keçirdi - FOTO

Day.Az представляет новость на азербайджанском языке.

Milli.Az xəbər verir ki, Lider TV-nin tanınmış siması, "Rənagarəng" və "Pərdə" verilişlərinin aparıcısı Zaur Nəbioğlu ötən gün Bakının köhnə avtovağzal ərazisi yaxınlığında ağır avtomobil qəzası keçirib. Hadisə saat 23:30 radələrində baş verib. Gecə ilə Milli.Az-ın reportyoru hadisə yerində olub və Zaurdan yaşadığı arzuolunmaz olayın təfərrüatlarını öyrənməyə müvəffəq olub:

"İlk əvvəl onu deyim ki, mən fotoqraf dostumuz İlkin Umudovla calışdığı fotostudionun qarşısında avtomobilimdə oturmuşduq. Studiya Zivərbəy Əhmədbəyov küçəsində yerləşir. Hadisənin baş verdiyi an, sözün əsl mənasında, şok keçirdik. Onu da deyim ki, İlkinlə bərabər başqa bir dostum Elnur da maşında idi. Bir anda Elnurun ön şüşəyə çırpılıb axraya qayıtmasını gördükdən sonra fərqinə vardım ki, avtomobilimiz güclü zərbə ilə arxadan vuruldu. Dərhal aşağı düşüb gördük ki, bizi vuran "Mercedes" markalı maşın əvvəlcə başqa bir "Mercedes" markalı maşını vurub, sonra isə bizim maşına dəyib.

Bu mənzərəni görən kimi dərhal "102" xidmətinə zəng etdim və çox keçmədi ki, polis əməkdaşları hadisə yerinə gəldilər. İdarə etdiyim "Hyundai" markalı maşın tam sığortalı olduğu üçün sığorta şirkətinin əməkdaşları da hadisə yerinə gəldilər. Yasamal Rayon Prokurorluğunun əməkdaşları da hadisə yerinə gələrək qanunvericiliyin tələblərinə uyğun olaraq izahatımı aldılar. Qəzanı törədən şəxs yeniyetmə oğlan idi. O, ağır bədən xəsarəti aldığından gecə ilə 1 sayli Kliniki Tibbi Mərkəzə yerləşdirildiyini dedilər.

Mən, İlkin və Elnur da ayrı-ayrılıqda bədən xəsarətləri almışıq. Mənim sol ayağım İlkinin isə sol gözünün ətrafı zərbədən şişib, Elnurun beli əzilib. Ümidvaram ki, avtomobilim qısa zaman ərzində təmir olunub yenidən özümə qaytarılacaq".

Milli.Az olaraq onu da əlavə edək ki, nə qədər ağır şok keçirməsinə baxmayaraq fotoqraf İlkin öz foto aparatı ilə sıradan çıxmış maşınların arxa tərəfinin şəkillərini çəkib. Həmin fotoları sizə təqdim edirik.


Фото: Milli.Az