Məşhur türk aktyor milyarder qızı ilə evləndi - FOTO

Day.Az представляет новость на азербайджанском языке.

Türkiyənin gənc və populyar aktyorlarından olan Engin Altan Düzyatan "Alkoçlar Otelleri" şəbəkəsinin sahibi, milyarder iş adamı Ender Alkoçların böyük qızı Neslişah Alkoçlarla ailə qurub.
 

Milli.Az AHT-yə istinadən bildirir ki, toy İstanbuldakı "Çubuklu 29" restoranında olub.
 

Toy başlayandan az sonra mərasimdən şəkillər İnstagram-da "#neslisahaltandugun" heşteqi ilə paylaşılıb.

Toydakı qşonaqlar arasında Şadan Kalkavan, Atilla Özhamarat, Alpay Düzyatan, Basri Vardarlı, Ronit Gülcan-Cem Hakko, Emek-Sadettin Saran, Emine-Erhan Kamışlı, Yasemin-Dikran Masis, Gül Gölge-Murat Saygı, Ayşegül-Muharrem Toplusoy və Levent Kızıl da vardı.
 

Neslişah Alkoçlar toyundan ilk fotosunu İnstagram-da "Yeni hayatımın başlangıcı" şərhi ilə yayıb.
 

Toyda Hülya Koçyiğit və Kenan İmirzalıoğlu təzə bəylə rəqs ediblər.
 

Toy başa çatanda Engin Altan Düzyatan 1968-ci il istehsalı olan Ford Mustanga Neslişah Alkoçları mindirərək villasına yollanıb.


Böyütmək üçün şəkillərə klikləyin: