ANS hicablılara "bayquş" deyəni qovduğuna görə tərifləndi - VİDEO

Day.Az представляет новость на азербайджанском языке.

Tanınmış aparıcı Elnarə Təhməzovanın verilişlərindən birində səsləndirdiyi və cəmiyyətdə birmənalı qarşılanmayan fikirlərdən sonra ANS Şirkətlər Qrupunun atdığı addım rəğbət və anlayışla qarşılanıb.
 

Milli.Az anspress-ə istinadən bildirir ki, sosial şəbəkələrdə yaranan böyük əks səda, ANS-ə daxil olan çoxsaylı təşəkkür zəngləri bunun göstəricisidir. Müraciət edənlər ANS şirkətinin tamaşaçı narahatlığına operativ reaksiyasını həssas məsələlərə nümunəvi yanaşma tərzi və Azərbaycanın efir məkanı üçün bir mədəniyyət örnəyi tək qiymətləndirir.
 

Bakı sakini Zəka Qurbanov isə mövcud məsələ ilə bağlı rəhbərlik tərəfindən onların səsinə səs verdikləri üçün təşəkkürünü bildirməklə yanaşı bunu alqışlayır.
 

Bakı sakini Oksana Məhərrəmova: "ANS Şirkətlər Qrupunun rəhbəri Vahid Mustafayevə dərin minnətdarlığımı bildirirəm. Bizim səsimizə səs verdi. Haqqımızı tapdanmağa icazə vermədi. Allah onları hər zaman pənahında saxlasın".
 

Aparıcının öz səhvini başa düşərək üzr istəməsi bir gün əvvəl onu qınayanların mövqeyinə əməlli başlı təsir edib.
 

Xatırladaq ki, aparıcı Elnarə Təhməzovanın aparıcısı olduğu verilişdə həssas tamaşaçıların hissiyatına toxunan fikirlər səsləndirməsi bir qrup tamaşaçının narazılığına səbəb olmuş, məsələni araşdırmağa başlayan ANS rəhbərliyi isə teleaparıcının müəllifi olduğu verlişlərin yayımını dayanldırmış, özünü isə efirdərn kənarlaşdırmışdı.


Нажмите на видео для просмотра:

фото