Deputatlarımız NATO PA-nın yaz sessiyasında iştirak edirlər

Day.Az представляет новость на азербайджанском языке

Mayın 25-də Polşanın Varşava şəhərində NATO Parlament Assambleyasının yaz sessiyası işə başlayacaqdır.

Day.Az Trend-ə istinadən xəbər verir ki, sessiyada Milli Məclisin deputatları Məlahət İbrahimqızı və Kamran Bayramov iştirak edəcəklər.

Sessiyanın komitə iclaslarında Qara dəniz bölgəsində demokratiya və insan hüquqlarının təşviqi, NATO-nun Şərqdə qarşıalma siyasətinin gücləndirilməsi, Müasir təhlükəsizlik mühitində xüsusi əməliyyat qüvvələrinin rolu, Əfqanıstanda yerli və regional təhlükəsizliyin qarşılıqlı əlaqəsi, Kosmik sənayenin gələcəyi, Mərkəzi və Şərqi Avropada enerji təhlükəsizliyi və digər mövzular müzakirə olunacaqdır.

NATO Parlament Assambleyasının yaz sessiyası mayın 29-da başa çatacaqdır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.