Zəm-zəm suyunun möcüzəsi

Day.Az представляет новость на азербайджанском языке

Məkkə şəhərində, Məscidül-həramın ərazisində, İslam dininin ən müqəddəs yeri sayılan Kəbədən 20 metr şərqdə yerləşən bulaqdır. İslam inanclarına görə, bu bulaq min illər əvvəl, İbrahim peyğəmbərin körpə oğlu İsmayıl susuzluqdan ağladığı vaxt möcüzəvi şəkildə Allah tərəfindən yaradılmışdır. Hər il milyonlarla zəvvar Həcc və ya Ümrə ziyarətləri zamanı bu bulağın suyundan içir və özü ilə götürür.

Day.Az "ölkə.az"-a istinadən bildirir ki, Zəm-zəm suyu bir çox dərdin dərmanıdır və alimlər bu günə qədər bu suyun sirrini tapa bilmirlər.

Dünya Səhiyyə Təşkilatının xəbərinə əsasən Zəm-zəm suyu dünyanın ən sağlam sularından sayılır. Amma müasir elm dünyası bu günə qədər də Zəm-zəm suyunun sirrini tapa bilmir. Zəm-zəm suyu başqa sulardan çox fərqlidir.

Amerikada aparılan araşdırmalar sübut edib ki, bu suyun tərkibində mikro orqanizmlər və bakteriyalar olmayan yeganə sudur. 4000 ildir ki, çağlayan bulaq sonsuza qədər qurumayacaq. Zəm-zəm quyusu Ərəbistan yarımadasının ən quraq bölgəsindədir. Keyfiyyəti çox yüksək olan su daim axır və bitmək-tükənmək bilmir. Quyunun dərinliyi isə 1.5 metrdir. Suyun mənbəyinin harada olduğu araşdırılır. Amma su ilə bağlı bir çox sual ortaya çıxır və elm aləmi də bu suallar qarşısında aciz qalıb. Bu günə qədər də Zəm-zəm suyunun mənbəyi tapılmayıb.

Almaniyalı alim bir dəfə Zəm-zəm suyu içib və 35 dəqiqədən sonra ağrı-acısının azaldığını, orqanizminin rahatladığını bildirib. Alim araşdırmalara başlayaraq Zəm-zəm suyunun mayala xüsusiyyətinin olduğunu müəyyən edib. Bir stəkan Zəm-zəm suyu bir iri qab suyu təmizləyir. Bir damcı su min damcı suyu təmizləyir.

Alman professor Pfayfer deyib:

"Su heç cürə tərkibini dəyişmir. Çox qəribədir. Bir damla Zəm-zəm suyunu yüz və min damla normal su ilə qarışdırdım. Nəticədə gördüm ki, suyun hamısı Zəm-zəm suyuna çevrilib. Bunun səbəbi nədir? Zəm-zəmdə elə bir enerji var ki, başqasını dəyişir, amma özü dəyişmir".

Zəm-zəm suyu baş ağrısının qarşısını dəyişir, gözün görmə qabiliyyətini artırır.

Yaponiyalı alim doktor Emoto da Zəm-zəm suyu ilə bağlı kitab yazıb. Alim bildirir ki, bu su fiziki və kimyəvi xüsusiyyətləri ilə bütün sulardan fərqlidir:

"Zəm-zəm suyu ətrafda baş verən bütün hadisələri yaddaşına köçürür. Strukturu çox fərqlidir. Bu, onu dünyadakı bütün elementlərin başçısı edir. Artıq müsəlmanların Quran surələri oxuyub suya üflədiyini anlayıram".

Avropa laboratoriyalarında aparılan tədqiqatlar zamanı məlum olub ki, Zəm-zəm suyunun tərkibində kükürdün miqdarı çox azdır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.