5-ci sinifdə müəlliminə aşiq olan əməkdar artist: “10-ci sinifi bitirməmiş qızı ərə verirlər” - VİDEO

Day.Az представляет новость на азербайджанском языке

ARB TV-nin "Pəncərə" proqramının budəfəki qonağı əməkdar artist Çingiz Əhmədov olub.

Milli.Az xəbər verir ki, aktyor proqramda erkən nigahlardan danışıb:

"Mən 5-ci sinifdə oxuyanda müəllimimə vurulmuşdum. Evinə qədər çantasını da aparırdım. Bu uşaqlıq sevgisi idi. O zamanlar hind filmləri maraqlı gəlirdi. Ordan sevgi gəlmişdi. Azyaşlıların evlənməsi də Bakı kəndlərində, rayonlarda olur. 10-cu sinifi bitirməmiş qızı ərə verirlər. Əsas odur ki, uşaq olduqdan sonra qayğıları çəkdikcə biləcəklər ki, o nə deməkdir, hansı addımı atıblar".

Videonu izləmək üçün şəklə klikləyin:

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.