Türkiyədə sel gəldi, ölənlər var

Türkiyənin şərq hissəsində aramsız yağan yağışlar fəsadlara yol açıb.

Day.Az Trend-ə istinadla xəbər verir ki, yağışlar Ağrı vilayətində selə səbəb olub ki, 4 nəfər təbii fəlakətin qurbanı olub. Ölənlərdən 2-nin uşaq olduğu bildirilir.

Məlumata görə, sel yol və kənd təsərrüfatına da ciddi ziyan vurub.

Qeyd edək ki, sonuncu dəfə Ankarada aramsız yağan yağışlar nəticəsində 3 nəfər dünyasını dəyişmişdi.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.