Sizi narahat edən xallardan necə qurtula bilərsiniz - Sadə üsul

Üzdəki lazımsız xalların, bəzi sizi narahat edən ləklərin qarşısını almaq üçün sizə sınamılmış qarışıq təklif edirik.
Evdə hazırlayacağınız bu qarışıq ilə üzdəki xalları yox edə bilərsiniz və ya ən azından rəngini aça bilərsiniz.
Day.Az xəbər verir ki, bu sadə müalicələrdən biri də xalın olduğu nöqtəyə sarımsaq tətbiq etməkdir.
Doktor nəzarətində tətbiq edin.
Qarışığı hazırlayın:
Ehtiyacınız olan şeylərin siyahısı:
- Sarımsaq
- Qaşıq
- Tənzif
- Pambıqlı bez
- Vazelin
- Yapışqanlı sarğı
Əvvəlcə 1-2 diş sarımsağı qaşığın arxası ilə basaraq yaxşıca püre halına gətirin.
Dərinizi hazırlayın
Vazelin ilə xalların xaricində qalan dərinizi qalın bir təbəqə olacaq şəkildə örtün. Sarımsağın dərini yandırma riski var. Buna görə sarımsaq püresini yalnız xal olduğu nöqtəyə vurun.
Xalın ətrafına (ətrafındakı bölgəni qorumaq üçün) Yapışqanlı sarğı yapışdırın. Sarımsağın xal ətrafındakı dərinizi yandırma ehtimalı olduğu üçün sarımsaq püresini yalnız xalın olduğu nöqtəyə sürtün. Pambıqlı bez (və ya pambıq) istifadə edərək sarımsaq püresini xalın xaricinə tdaşmayacaq şəkildə sürtün. Sonra xalı sarğı ilə bağlayın. Bandaj və sarımsaq püresini 4 saatdan çox üzünüzdə saxlamayın. Bu prosedur gündə üç dəfə təkrar edilə bilər və 2-4 gün içərisində gözlə görülən dəyişmə fərq ediləcək. Yalnız təzə sarımsaq istifadə edin.(big.az)
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре