Azərbaycanda güclü külək CİDDİ FƏSADLAR TÖRƏDİB - VİDEO

Bu gün axşam saatlarında ölkə ərazisində baş verən güclü külək ölkənin bəzi ərazilərində elektrik təsərrüfatına ciddi ziyan vurub.
"Azərişıq"ASC-nin Mətbuat xidmətinin rəhbəri Vaqif Aydınoğlu Trend-ə açıqlamasında bildirib ki, hadisə nəticəsində Cənub və Qərb rayonlarında bəzi yerlərdə elektrik xətlərini sıradan çıxarıb: " Ağdamda dam örtüyü və ağacların aşması nəticəsində elektrik xətləri sıradan çıxıb və nəticədə bir neçə yaşayış məntəqəsinə elektrik enerjisinin verilişi dayanıb. Həmçinin baş verən güclü külək Cənub rayonlarında da ciddi fəsadlar törədib. Hazırda qəza xidməti həmin ərazilərə səfərbər edilib. Yaranmış problemin aradan qaldırılması istiqamətində işlər görülür. Xidmət əməkdaşları ərazilərə elektrik enerjisinin verilməsinin bərpası istiqamətində işlər görür".
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре