Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü başladı

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Ermənistan XİN rəhbəri Ararat Mirzoyan arasında ikitərəfli görüşü başlayıb.

Day.Az xəbər verir ki, görüş ABŞ-ın Arlington şəhərində keçirilir.

Qeyd edək ki, mayın 1-də də Vaşinqtonda ABŞ dövlət katibi Antoni Blinkenin iştirakı ilə Azərbaycan və Ermənistan XİN başçılarının görüşü olub.

Görüşlərin bir neçə gün davam edəcəyi bildirilib.