Türkiyədən Bolqarıstana qaçmağa çalışan terrorçular saxlanılıb

Türkiyədən Bolqarıstana qaçmağa çalışan terrorçular saxlanılıb.

Day.Az-ın TurkicWorld-a istinadən məlumatına görə, Türkiyənin Kırklareli şəhərində jandarm tərəfindən təşkil edilən əməliyyatlar zamanı Bolqarıstana qaçmaq istəyən səkkiz şübhəli, PKK, FETÖ və İŞİD üzvləri yaxalanıb.

Məlumat üçün qeyd edək ki, aprel ayında Kırklareli vilayət Jandarma Komandanlığı Terrorla Mübarizə Şöbəsi tərəfindən terror cinayətləri ilə axtarışda olan şübhəlilərin tutulması üçün koordinasiyalı tədbirlər həyata keçirilib.

İki şübhəli jandarma əməliyyatlarının ardından ölkədən deportasiya edilib. Digər dörd şübhəli həbs edilib, ikisi isə məhkəmə nəzarəti şərti ilə azadlığa buraxılıb.